Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi və Demokratik Dünya Azərbaycanlıları Konqresinin birlik qurultayı iyulun ikinci yarısında keçiriləcək

Dünya Azərbaycanlıları Konqresi və Demokratik Dünya Azərbaycanlıları Konqresinin birlik qurultayı iyulun ikinci yarısında keçiriləcək
# 04 fevral 2008 13:57 (UTC +04:00)
Brüsseldə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin (DAK İH) iclası keçirilib. İdarə Heyətinin üzvü Vaqif Sultanlı APA-ya bildirib ki, fevralın 2-də keçirilən toplantıya DAK İdarə Heyətinin 12 üzvü qatılıb. Yığıncaqda Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) ilə DAK-ın birləşməsi ilə bağlı atılacaq növbəti addımlar da müzakirə olunub. Birlik qurultayına hazırlıq məqsədilə DAK sədri Qulamrza Səbri Təbrizinin sədrliyi ilə ortaq Təşkilat Komitəsinin yaradılmasına dair razılığa gəlinib. İclasda qurultayın iyulun ikinci yarısında keçirilməsi barədə razılığa gəlindiyini açıqlayan V. Sultanlı DAK daxilində kiçik bir qrupun bu birliyə qarşı olmasını təbii qəbul etdiyini söyləyib: “2007-ci ilin dekabrında hər iki qurum əməkdaşlığa dair saziş imzalayıb. Sazişdə isə birlik qurultayının keçirilməsi qərara alınıb. Məsələ İdarə Heyətində də müzakirə olunub və çoxluq bu birliyə səs verib. Bundan sonra kiminsə etirazı qəbul oluna bilməz. DAK-ın keçmiş sədri Cavad Derəxtinin isə İdarə Heyətindəki fəaliyyəti dondurulub”. V. Sultanlı onların DAK adından qurultay keçirilməsinə də mane olacaqlarını qeyd edib: “Biz səfirliklərə və mətbuat orqanlarına müraciət etmişik ki, onların bu addımlarını qeyri-qanuni qəbul etsinlər”. V. Sultanlı DAK İH-nin üzvü, bu yaxınlarda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan general Vəli Kiçiklə bağlı məsələnin də toplantıda müzakirə mövzusu olduğunu bildirib: “Biz məhkəmənin qərarını gözləyirik və hesab edirik ki, Vəli Kişik türk dünyası üçün çox önəmli şəxslərdəndir. Onun həbsinə etirazla bağlı isə heç kütləvi aksiya keçirməyi də nəzərdə tutmuruq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR