Bank Of Baku

Hüquq müdafiəçiləri ilə AŞ PA həmməruzəçilərinin görüşündə işgəncələrlə bağlı işçi qrupun yaradılması müzakirə olunub

Hüquq müdafiəçiləri ilə AŞ PA həmməruzəçilərinin görüşündə işgəncələrlə bağlı işçi qrupun yaradılması müzakirə olunub
# 04 fevral 2008 13:59 (UTC +04:00)
APA-nın məlumatına görə, S. Qocamanlı jurnalistlərə açıqlamasında görüşdə işgəncələrlə bağlı işçi qrupun yaradılması barədə təkliflə çıxış etdiklərini söyləyib: “Bizi ilk növbədə narahat edən problem siyasi məhbus problemidir. Həbsdə olan jurnalistlərin və humanizm nöqteyi-nəzərindən azadlığa buraxılması vacib olan xəstə məhbusların problemi tezliklə həllini tapmalıdır. Çünki Azərbaycan hökuməti AŞ PA Bürosunun növbəti iclasının keçiriləcəyi 13 marta qədər bu problemi həll etməlidir. Ümumiyyətlə, 2008-ci il prezident seçkisi ili olduğuna görə, görüşdə demokratiya və insan hüquqlarına aid olan bütün problemlərə kifayət qədər yer verdik”. S. Qocamanlı fevralın 7-də həmməruzəçilərin iştirakı ilə siyasi məhbuslar üzrə işçi qrupun iclasının keçiriləcəyini də əlavə edib. E. Behbudov isə həmməruzəçilərin işgəncə faktlarının araşdırılması ilə bağlı işçi qrupun yaradılması təklifini müsbət qarşıladıqlarını bildirib. O, həmməruzəçilərin həbsdə olan jurnalist Eynulla Fətullayevə baş çəkəcəklərini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR