Bank Of Baku

Elmar Məmmədyarov Avropa İttifaqı “üçlüyü” ilə görüşüb

Elmar Məmmədyarov Avropa İttifaqı “üçlüyü” ilə görüşüb
# 04 fevral 2008 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra media mənsubları üçün brifinq keçirilib. E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqeyi, enerji təhlükəsizliyi, mavi qazın Orta Asiyadan Azərbaycan vasitəsilə ilə dünya bazarına çıxarılması, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdiklərini deyib. D. Rupel isə yeni layihələr və planların müzakirə olunduğu, bu planların Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. O bildirib ki, Dağlıq Qarabağ probleminin nizamlanması Azərbaycanın və bütün bölgənin sabitliyi və inkişafı üçün əhəmiyyətlidir: “Azərbaycanda gedən demokratikləşmə prosesinin daha da inkişafına və həbsdəki jurnalistlərin azad olunacağına ümid edirik”. Benita Ferrero-Valdner isə demokratikləşmiş Azərbaycanın regionda model olmasını istədiklərini vurğulayıb. Azərbaycan-Aİ əməkdaşlığında enerji məsələlərinin çox böyük yer tutduğunu deyən B. Ferrero-Valdnerin sözlərinə görə, Avropa Transxəzər layihəsinin Azərbaycan tərəfindən dəstəklənməsini istəyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR