Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 04 fevral 2008 14:33 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda DUİ-nin fevralın 3-də Bərdədə zona müşavirəsi keçirmək istəyinin polis tərəfindən qarşısının alınması məsələsi əsas müzakirə mövzusu olub. Bununla bağlı qurumun yaydığı açıqlamada bildirib ki, Bərdədə zona müşavirəsi keçirmək üçün bu bölgəyə səfər edən DUİ-nin Sədrlər Şurasının üzvləri Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov və Azadlıq Partiyasının sədri Əhməd Orucun rayona daxil olmasının qarşısı yerli polis şöbəsinin əməkdaşları tərəfindən alınıb. Gəncədə də DUİ Sədrlər Şurasının üzvləri analoji hadisə ilə qarşılaşıblar. Gəncə Polis İdarəsinin əməkdaşları partiya sədrlərinin sənədlərini bir müddət özlərində saxlayaraq qaytarmayıblar. Toplantının qarşısı alındığına görə partiya sədrləri geri dönməyə məcbur olublar. DUİ baş verənlərlə bağlı ölkədə fəaliyyət göstərən siyasi partiyalara, QHT-lərə, xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR