Bank Of Baku

Azərbaycan paytaxtında Avropa Komissiyası nümayəndəliyinin təntənəli açılış mərasimi keçirilib

Azərbaycan paytaxtında Avropa Komissiyası nümayəndəliyinin təntənəli açılış mərasimi keçirilib
# 04 fevral 2008 16:16 (UTC +04:00)
“Avropa İttifaqı nümayəndəliyin açılmasını Azərbaycan hökumətinə çoxdan vəd edib, mən bu vədin yerinə yetirilməsi üçün çox çalışmışam. Bu nümayəndəliyin Avropa Komissiyası ilə Azərbaycan arasında bir əlaqələndirici nöqtə olacağına inanıram”. Benita Ferrero-Valdner açılan nümayəndəliyinin sonradan Avropa İttifaqının nümayəndəliyinə çevriləcəyini bildirib və Alan Vaddamsı diplomatik missiyanın rəhbəri kimi təqdim edib. O bildirib ki, Allan Vaddams səfir qismində rəsmən təsdiq olmayıb. Mərasimdə çıxış edən baş nazirin müavini Abid Şərifov bu nümayəndəliyin açılışını 10 ildən çox gözlədiklərini deyib: “Bakıda Avropa Komissiyasının nümayəndəliyinin açılması Azərbaycanın istəyidir. Bu, Azərbaycanın maraqlarına uyğundur və ölkənin Avropa Qonşuluq Siyasəti çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi işində böyük rol oynayacaq”. Avropa İttifaqı Şurasının prezidenti, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel çıxışında bu nümayəndəliyinin Avropa İttifaqı haqqında məlumatlar yayan bir nümayəndəlik, Azərbaycan haqqında həqiqətlər yayan bir agentlik rolunu oynayacağını deyib. O, perspektivdə Azərbaycanın da Avropa İttifaqına üzv olacağını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR