Analitika: Avropanın Rusiyaya cavabı - Konstansa-Triyest layihəsi
Amma görünür, bu əminlik heç də hamı üçün kifayət etmir. Ən azından Bolqarıstanın Burqas şəhərində baş verənlər bunu sübut edir. Moskva və Sofiya arasında həyata keçirilən ikinci nəhəng enerji layihəsi olan Burqas-Aleksandrupolis neft kəmərinin çıxış nöqtəsi olan bu şəhərdə ötən həftə sakinlər kütləvi aksiya keçirərək layihənin əleyhinə etirazlarını səsləndiriblər. “Başçılarımız Bolqarıstanı satıb!”, “Burqası ikinci Çernobıla çevirməyin!” şüarlarını daşıyan nümayişçilər bu kəmərin parçalarının satışı üzrə hərrac səhnəciyi də təşkil ediblər. Yenə də Rusiya prezidentinin iştirakı ilə Bolqarıstan, Rusiya və Yunanıstan arasında imzalanmış saziş rus neftinin Türkiyənin Bosfor və Dardanel boğazlarından yan keçərək Egey dənizi sahillərinə nəql olunmasını nəzərdə tutur. Bakı-Tiflis-Ceyhan kəmərinə alternativ olaraq nəzərdən keçirilən bu layihə ətrafında hamıya tanış “Borjomi ssenarisi”nin nə dərəcədə reallaşması sual doğurur, amma Bolqarıstanın dördüncü böyük şəhəri olan Burqas meriyasının artıq fevralın 17-də kəmərin taleyinə dair referendum keçirilməsinə hazırlaşması vəziyyətin ciddiliyini sübut edir. Referendumun etibarlı sayılması üçün səsvermədə şəhər sakinlərinin 51 faizinin iştirakı zəruri sayılır. Prezident Georgi Pırvanov isə bəyan edib ki, yerli referendumlar layihənin taleyinə təsir etməyəcək.
Digər tərəfdən isə yanvarın 24-də Rumıniya prezidenti Trayan Baseskunun Buxarestdə akkreditasiya olunmuş əcnəbi diplomatlar qarşısında ölkəsinin cari ildə qarşısına qoyduğu konkret məqsədlərə həsr olunmuş çıxışı zamanı Konstansa-Triyest kəməri barədə verdiyi bəyanat Burqasda baş verənlərin lokal xarakter daşımadığını nümayiş etdirir: ””Nabucco” layihəsi Rumıniya və Avropa İttifaqı üçün Qara dənizdə strateji əhəmiyyət daşıyır. Xəzər neftinin Avropa məkanına birbaşa, effektiv və etibarlı yolu isə Konstansa-Triyest kəmərindən keçir”. Prezident Basesku ümid etdiyini bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiyaya dair yeni siyasətində bu strateji bölgəyə daha münasib yaxınlaşma tətbiq edəcək: “Rumıniya enerji baxımından strateji tərəfdaşları olan Azərbaycan və Qazaxıstan ilə əlaqələri vasitəsilə bu siyasətin hədəflərinə nail olunmasına çalışacaq”. Burqas-Aleksandrupolis və Burqas-Skopye-Vlora (Transbalkan) kəmərləri layihələrinin rəqibi sayılan Konstansa-Triyest və ya Panavropa kəməri (PEOP) 1400 km uzunluqda olub Adriatik və Qara dəniz sahillərini birləşdirəcək. Rumıniya, Serbiya, Xorvatiya, Sloveniya və İtaliyadan keçərək ildə 60-90 milyon ton neft nəql etmək imkanına malik kəmərin inşasının 2012-ci ildə başa çatdırılması planlaşdırılıb.
Rumıniya iqtisadiyyat nazirinin müavini Viorel Palaşka isə yanvarın ortalarında verdiyi açıqlamada ölkə hökumətinin “Gaz de France” şirkəti (Fransa) və Qazaxıstanın Konstansa-Triyest kəmərinin inşası layihəsinə qoşulmasını dəstəklədiyini bəyan edib. Birdən-birə gündəmdə fəallaşan Konstansa-Triyest layihəsi bütün yanvar ayı boyun Buxarestin diqqət mərkəzindən uzaqlaşmayıb. Rumıniya prezidenti Trayan Baseskunun yanvarın 29-da Belqrada baş tutan səfəri zamanı bu məsələ yenidən müzakirə olunub. Serbiya bu kəmər layihəsinin üzərində yerləşən açar ölkələrdən hesab olunur və məhz bu ölkədə 1999-cu ildə baş verən Kosovo böhranı üzündən Konstansa-Triyest layihəsi az qala iflasa uğramışdı. Rəsmi Buxarest bir daha Kosovo probleminə dair mövqeyinin serb mövqelərinə yaxınlaşdıracağı barədə Belqradı əmin edib və bununla bir addım qabağa keçib: “Biz prezident Boris Tadiç ilə Konstansa-Triyest neft kəməri layihəsini müzakirə etdik. Əminəm ki, bizim siyasi və iqtisadi tərəfdaşlığımız növbəti mərhələdə çox yaxşı inkişaf edəcək”. Serbiya prezidenti Boris Tadiç isə Konstansa limanının əhəmiyyəti və adı çəkilən layihənin gerçəkləşməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Rumıniya-Serbiya dialoqu keçən ay daha real cizgilər qazanan “Cənub axını” qaz kəməri fonunda olduqca maraqlı görünür. Panavropa kəməri Xəzər regionundan hasil olunan neftə hesablanıb və Belqradın peyk şəhəri olan Pançevodan keçir. Bu layihənin ən əlverişli cəhəti Qara dənizin ən böyük neft terminalları və emal zavodları yerləşən Konstansa limanı başda olmaqla hazır infrastruktura malik olması və Serbiya sərhədinə qədər hazır boru şəbəkəsinin mövcudluğudur. Konstansa-Triyest kəmərinin çəkilməsi gözünü eyni qaynağa dikmiş Burqas-Aleksandrupolis layihəsini pis vəziyyətdə qoyacaq. Bu isə öz növbəsində Avropa İttifaqının Rusiyaya enerji cəbhəsində cavabı ola bilər. Situasiyanın qeyri-standartlığı isə ondan ibarətdir ki, rəqabət həm də Avropa İttifaqına namizədlər olan nəzəri müttəfiqlər - Buxarest və Sofiya arasında gedir və onların hər ikisi həm Panavropa, həm də “Cənub axını” layihələrinə görə ərazi bütövlüyünü qorumaq uğrunda saman çöpündən yapışmağa hazır olan, Avropadan sıxışdırılmış Serbiyadan asılıdırlar. Serbiya prezidenti Boris Tadiç isə ölkəsinin Konstansa limanının neft infrastrukturuna böyük həcmdə investisiya qoymaq niyyətini ifadə edib. Maraqlıdır, bu investisiyaların arxasında elə ötən ay Serbiya Neft Şirkətini (NİS) satın almış “Qazprom” durmur ki? /APA-ANALİTİKA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Ağdamda açıq ərazidə yanğın başlayıb- YENİLƏNİB
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb