Bank Of Baku

ADP sədrinin birinci müavini Britaniyanın Azərbaycandakı səfirliyinin müşaviri ilə görüşüb

ADP sədrinin birinci müavini Britaniyanın Azərbaycandakı səfirliyinin müşaviri ilə görüşüb
# 05 fevral 2008 10:20 (UTC +04:00)
Bu gün ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Britaniyanın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Deklan Bönü qəbul edib. ADP-nin məlumat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə partiyanın respublikadakı mövcud ictimai-siyasi vəziyyətə münasibəti və bu ilin sonunda keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirakı ilə əlaqədar məsələ əsas müzakirə predmeti olub. H. Rüstəmov qarşıdan gələn prezident seçkiləri, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, ölkədəki sosial-iqtisadi və insan hüquq və azadlıqlarının qorunması sahəsindəki vəziyyətlə əlaqədar partiyanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR