Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevə “İlin Adamı” mükafatı təqdim olunub

Azərbaycan prezidenti İlham Əliyevə “İlin Adamı” mükafatı təqdim olunub
# 05 fevral 2008 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, ənənəyə uyğun olaraq prezidentə xüsusi diplom, Çingiz Mustafayev Fondu adından 5 min manat pul mükafatı, ANS Şirkətlər Qrupu adından isə eksklüziv olaraq İlham Əliyev üçün hazırlanmış qol saatı verilib. Mükafatı dövlət başçısına mərhum telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev təqdim edib. Tədbirdə çıxış edən prezident onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib və pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini deyib. Azərbaycanda yüksək iqtisadi inkişaf olduğunu qeyd edən dövlət başçısı yeni iş yerlərinin açıldığını, əhalinin gəlirlərinin ilbəil yüksəldiyini, Azərbaycanın iqtisadi inkişafına görə dünyada liderliyini qoruduğunu, ölkənin iqtisadi inkişaf tempinin 26% təşkil etdiyini söyləyib. O, Azərbaycanın düz yolda olduğunu, ölkənin inkişafı və əhalinin rifahı naminə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Ölkəmizin regional layihələrin əsas iştirakçısı olduğunu deyən dövlət başçısı Azərbaycanın öz enerji ehtiyaclarını tam ödəməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını söyləyib.
Qeyd edək ki, İ. Əliyev bu mükafata bir sıra aparıcı dövlətlərin müqavimət və təzyiqlərinə baxmayaraq Bakı-Qars-Axalkalaki dəmiryolu xəttinin təməlinin qoyulması, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində yerinin möhkəmlənməsinin tərkib hissəsi olaraq ölkə qazının Avropa bazarına çıxması, ABŞ və İran arasında xüsusilə gərginləşmiş münasibətlər fonunda yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanı mümkün təhlükələrdən qoruması, ölkədə və paytaxtda infrastruktur layihələrinin uğurla həyata keçirilməsi və bu məqsədlə yeni iş yerlərinin açılması, habelə Azərbaycan ərazisindəki son qaçqın düşərgəsinin ləğv olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, ordu quruculuğunun uğurla davam etdirilməsi, hərbi sənaye kompleksinin işə düşməsi və ilk hərbi məhsulların əldə edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab verməsi məqsədilə orduya ayrılan vəsaitin kəskin artırılması, ANS-in fəaliyyətinin bərpası və lisenziyasının uzadılmasında oynadığı müstəsna rola, habelə həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına görə layiq görülüb.
Xatırladaq ki, indiyədək “İlin adamı” adına Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov (2001), Azərbaycan Respublikasının eks-prezidenti, umumilli lider Heydər Əliyev (2002, 2003) Yaponiyanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivara (2004), Heydər Əliyev Fondunun prezidenti, millət vəkil Mehriban Əliyeva (2005) və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə (2006) layiq görülüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR