Bank Of Baku

Daha bir konqresmen ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupuna üzv olub

Daha bir konqresmen ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupuna üzv olub
# 05 fevral 2008 10:55 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Konqresmenlər məktubda Azərbaycanın strateji əhəmiyyəti, beynəlxalq terrorla mübarizə sahəsində ABŞ ilə əməkdaşlığı, Xəzərin enerji resurslarının dünya bazarlarına çıxarılmasında rolu, ABŞ-Azərbaycan parlamentlərarası münasibətlərinin inkişafı və Konqres üzvlərinin Azərbaycan və regionla bağlı məlumatlandırılmasında İşçi Qrupunun oynadığı rol barədə məlumat veriblər. Müraciətdən sonra Nyu-York ştatının Nümayəndələr Palatasında təmsil edən demokrat konqresmen Rəndy Kuhl İşçi Qrupuna qoşulduğunu bəyan edib. Bununla İşçi Qrupunun üzvlərinin sayı 31-ə çatıb. Qeyd edək ki, konqresmen Rendy Kuhl 2004-cü ildən Nümayəndələr Palatasında Nyu-York ştatının 29-cu seçki dairəsini təmsil edir. O, Konqresin aşağı palatasının kənd təsərrüfatı, təhsil və əmək, nəqliyyat və infrastruktur komitələrinin üzvüdür. Bundan başqa konqresmen Kuhl Nümayəndələr Palatasının müzakirəsinə təqdim edilən “erməni soyqırımı” haqda qətnamə layihəsinin həmmüəllifləri siyahısından öz adını çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR