Bank Of Baku

İdris Quliyev: “Dayısı Rəsul Quliyev oğlum Elbrus Quliyevi tutdurub”

İdris Quliyev: “Dayısı Rəsul Quliyev oğlum Elbrus Quliyevi tutdurub”
# 05 fevral 2008 11:47 (UTC +04:00)
Onun sözlərinə görə, fevralın 5-də Səbayel Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Elbrus Quliyev barəsində üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb: “Onu srağagün polislər saxlamışdılar. Əvvəlcə Nərimanov Rayon Polis İdarəsində saxlanılırdı. Məhkəmə qərarından sonra isə 1 saylı Bayıl istintaq təcridxanasına aparılıb. Elbrusa qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə (dələduzluq) cinayət işi qaldırılıb”.
İ. Quliyevin sözlərinə görə, Cahangir Quliyev bu məsələdə eks-spikerin qardaşı Telman Quliyevlə əlbirdir: “Cahangir Quliyev əvvəl Rəsul Quliyevlə biznes ortağı olub. Telman Quliyev də Elbrusun həbsi ilə bağlı onunla əlbirdir. Mənim oğlumu elə tutduran öz qohumum Telman Quliyevdir. Telman təxminən 5 ay qabaq gəlib dedi ki, onlar Rəsul Quliyevin Azərbaycana qayıtması üçün pul yığırlar. Mən də dedim ki, bizim pulumuz yoxdur. Onda Telman mənə söylədi ki, sən Rəsulun hesabına ev-eşik sahibi olmusan, evlərindən birini sat, pulunu ver. Amma mən bunu etməyəcəyimi dedim, o da məni hədələdi. İndi də Cahangirlə danışıb oğlumu tutdurdular. Onlar deyirlər ki, guya vaxtilə Cahangir həbsdə olanda Elbrus onun dükanlarından pul götürüb”.
İ. Quliyev deyib ki, bu məsələdən Rəsul Quliyevin də xəbəri var: “Açığını deyim ki, bütün bunların başında elə Rəsul Quliyevin özü dayanır. Mənim oğlumun həbsində onun da rolu var. Düzdür, biz yaxın qohumuq, Rəsul Quliyevlə həm əmioğluyuq, həm də o, mənim qaynımdır, istəklimdir, amma övlad qohumdan da irəlidir. Ondan incidiyim üçün heç bu barədə özü ilə danışmamışam da”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR