Bank Of Baku

Dağıstan prezidenti Muxu Əliyev Azərbaycana gələcək

Dağıstan prezidenti Muxu Əliyev Azərbaycana gələcək
# 05 fevral 2008 12:01 (UTC +04:00)
Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Muxu Əliyev yaxın günlərdə Azərbaycana rəsmi səfərə gələcək. Dağıstanın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, hazırda səfərin tarixi və imzalanacaq sənədlər dəqiqləşdirilir. Diplomatik missiyadan bildiriblər ki, Dağıstan Prezident Aparatının ərazi idarəçiliyi və yerli özünüidarəetmə idarəsinin rəisi Artur İsrapilovun rəhbərlik etdiyi nümayəndə heyəti səfərə hazırlıq məqsədilə bu günlərdə Azərbaycanda olub. Nümayəndə heyəti Bakı ilə yanaşı, Xaçmaz, Qusar, Zaqatala, Balakən, Şəki və Yevlaxda müxtəlif görüşlər keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR