Bank Of Baku

Əli Həsənov: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən müəyyən qədər narazıyıq”

Əli Həsənov: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən müəyyən qədər narazıyıq”
# 05 fevral 2008 12:25 (UTC +04:00)
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən müəyyən qədər narazıyıq. Ancaq Azərbaycan hökuməti beynəlxalq təşkilatların gördüyü işlərə hörmətlə yanaşır”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, uzun müddətdir Azərbaycan vətəndaşlarının Ermənistanda əsirlikdə saxlanıldığını, bu əsirlərin təkcə hərbçilərdən ibarət olmadığını bildirib. Ə. Həsənov beynəlxalq təşkilatların əsirlərin geri qaytarılması istiqamətində gördüyü işlərə hörmətlə yanaşmaqla bərabər, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən müəyyən qədər narazı qaldıqlarını da söyləyib: “Son zamanlar Azərbaycan hərbçisinin ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı da müəyyən narazılıqlarımız var. Bu məsələ ətrafında həmin təşkilatla danışıqlarımız davam edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR