Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayı keçirilib
# 05 fevral 2008 12:40 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) III qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultaya sədrlik edən Səttar Mehbalıyev toplantıda 420 nümayəndədən 412 nəfərin iştirak etdiyini bildirib. AHİK-in qurultayında bir sıra beynəlxalq təşkilatların, xarici ölkə həmkarlar ittifaqlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqlarıı Konfederasiyasının, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edib. Qurultayı gündəliyi haqqında məlumat verən S. Mehbalıyev AHİK-nın yaranma tarixi haqqında danışıb. Onun sözlərinə görə, 1993-cü ildə yaradılan AHİK 25 sahə həmkarlar ittifaqını, 3 sahə federasiyasından ibarət 28 həmkarlar ittifaqı təşkilatını və 1,6 milyona yaxın əməkçini özündə birləşdirən müstəqil qurum kimi cəmiyyətdə böyük təsir gücünə malikdir. Qurultayda çıxış edən Prezidentin İcra Aparatının şöbə müdüri Əli Həsənov prezident İlham Əlyevin təbrik məktubunu qurultay iştirakçılarının nəzərinə çatdırıb. Qurultayda AHİK-in rəyasət heyətinin katibliyinə 6 nəfər, redaksiya komissiyasının tərkibinə 15 nəfər, hesablayıcı komissiyasının tərkibinə 5 nəfər seçilib. Sonra S. Mehbalıyevin görülən işlərlə bağlı hesabatı dinlənilib. Hesabatda AHİK-in ölkədə yoxsulluğun azaldılması, məşqulluq strategiyası və onunla bağlı müvafiq fəaliyyət planı kimi mühüm dövlət sənədlərinin hazırlanmasında fəal iştirak etdiyi öz əksini tapıb. Qeyd edək ki, qurultay öz işini sabah yekunlaşdıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR