Bank Of Baku

Milli Məclisin Azərbaycan-İran Dostluq Qrupunun üzvləri İran parlamentinin sədri ilə görüşüblər

Milli Məclisin Azərbaycan-İran Dostluq Qrupunun üzvləri İran parlamentinin sədri ilə görüşüblər
# 05 fevral 2008 14:49 (UTC +04:00)
İranda səfərdə olan Milli Məclisin Azərbaycan-İran Dostluq Qrupunun üzvləri parlamentin sədri Qulamrza Həddad Adillə görüşüblər. İran İslam Şurasının (parlament) mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi APA-ya bildirib ki, görüşdə iki ölkə əlaqələrinin hazırkı vəziyyətindən və inkişaf perspektivlərindən danışılıb. H. Adil ikitərəfli əlaqələrin inkişafı üçün parlament nümayəndələrinin səfərlərinin intensivləşməsinin zəruriliyini vurğulayıb. Milli Məclisin deputatları İranın kənd təsərrüfatı nazirinin müavini ilə də görüşüblər.
Qeyd edək ki, Aqrar siyasət komissiyasının sədri Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli, deputatlar Ərəstun Cavadov, Hüseynbala Mirələmov və Fazil Mustafayev daxildir. Səfər fevralın 6-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR