Bank Of Baku

Əli Əhmədov Kubanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Əli Əhmədov Kubanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb
# 05 fevral 2008 14:55 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Kubanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marselo Kaballero Torreslə görüşüb. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Kuba ilə Azərbaycan arasındakı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Kubalı diplomat təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırıb. O, ölkələr arasında iqtisadi sahədə əlaqələrin yaradılması və daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR