Bank Of Baku

Milli QHT Forumu ötən əsrdə qanunsuz olaraq Ermənistana verilmiş İrəvan şəhərinin haqqında sənədlərin hüquqiliyinə yenidən baxılması barədə parlamentə müraciət edib

Milli QHT Forumu ötən əsrdə qanunsuz olaraq Ermənistana verilmiş İrəvan şəhərinin haqqında sənədlərin hüquqiliyinə yenidən baxılması barədə parlamentə müraciət edib
# 05 fevral 2008 15:13 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu ötən əsrdə qanunsuz olaraq Ermənistana verilən bütün Azərbaycan torpaqları, o cümlədən İrəvan şəhəri haqqında sənədlərin hüquqiliyinə yenidən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün araşdırmalara başlamaqla bağlı parlamentə müraciət edib. Milli QHT Forumundan APA-ya daxil olan müraciət mətnində prezident İlham Əliyevin cəbhə bölgəsində etdiyi son çıxış son yüz ildə müxtəlif şəraitlərdə Azərbaycan ərazilərinin böyük bir hissəsinin ermənilərə verilməsi, bu ərazilər hesabına yaradılmış Ermənistanın torpaqlarımızı işğal etməsi haqqında verdiyi bəyanatın tarixi həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması və bu məsələyə yenidən baxılması baxımından çox əhəmiyyətli olduğu vurğulanıb. Müraciətdə beynəlxalq qüvvələrin təzyiqi ilə Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarına əsasən qədim Azərbaycan şəhəri İrəvanın paytaxt üçün yeni yaranan Ermənistana verildiyi bildirilib: “1923-cü ildə erməni-rus şovinistlərinin mənfur planına uyğun olaraq sovet imperiyası tərəfindən qədim Zəngəzur və Göyçə mahalları da Azərbaycandan alınmış və Ermənistana birləşdirilib. İttifaq rəhbərliyinin və erməni millətçilərinin xalqa qarşı apardığı qəddar siyasəti bununla bitməmiş, 1948 və 1988-ci illərdə aparılan etnik təmizləmə nəticəsində bütün azərbaycanlı əhali öz doğma torpaqlarından - Ermənistandan zor gücünə deportasiya olunublar. Heç bir beynəlxalq hüquq normalarına, insani dəyərlərə və dinc yanaşı yaşamaq prinsipinə sığmayan bu iddialara bütün kəskinliyi və adekvatlığı ilə cavab verməyin vaxtı çatıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR