Bank Of Baku

Həsən Kərimov: “Azərbaycanın müxalifət partiyaları dövlət büdcəsindən maliyyələşməlidir”

Həsən Kərimov: “Azərbaycanın müxalifət partiyaları dövlət büdcəsindən maliyyələşməlidir”
# 05 fevral 2008 16:24 (UTC +04:00)
“Azərbaycanın müxalifət partiyaları dövlət büdcəsindən maliyyələşməlidir. Bunun üçün hakimiyyətin siyasi iradə nümayiş etdirməsi lazımdır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov bildirib. O, hakimiyyətin belə bir addım atacağı təqdirdə siyasi partiyaların maliyyələşdirilməsi mexanizminin parlament nümayəndələri ilə birgə müzakirə etməyin mümkün olduğunu söyləyib. H. Kərimov maliyyələşmənin partiyaların parlamentdə tutduğu yerlərin sayına görə, yaxud da seçkilərdə topladığı səslərin faizinə görə həyata keçirməyin mümkünlüyünü deyib. “Dünyanın bir sıra demokratik ölkələrinin əksəriyyətində partiyaların maliyyələşməsi dövlət büdcəsi hesabına həyata keçirilir”. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyaların dövlət büdcəsindən maliyyələşməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu faktiki olaraq siyasi partiyaların hansısa oliqarxlardan və xarici qüvvələrdən asılı olmasına imkan verməyəcək: “Bu mexanizm eyni zamanda siyasi partiyaların maliyyə fəaliyyətinin şəffalığına nəzarəti təmin edəcək. Bu səbəbdən də Azərbaycan hökuməti bu məsələni həll etməlidir. Hesab edirəm ki, qeydiyyatdan keçən siyasi partiyalar həm respublika ərazisində strukturunun mövcudluğuna görə, həm də seçkilərdə aldığı səslərə uyğun olaraq maliyyələşə bilərlər. Siyasi partiyalar seçkilərdə qazandıqları səsə, partiyaların siyasi proseslərə təsir imkanlarını müəyyənləşdirən kriteriyalara uyğun olaraq dövlət büdcəsindən maliyyələşməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR