Bank Of Baku

Bu gün Bakıda Xəzərin statusuna dair Azərbaycan-Türkmənistan danışıqları olacaq

Bu gün Bakıda Xəzərin statusuna dair Azərbaycan-Türkmənistan danışıqları olacaq
# 06 fevral 2008 07:55 (UTC +04:00)
XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Türkmənistan nümayəndə heyəti artıq Bakıdadır. Görüş zamanı Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin müzakirəsi, iki dövlət arasında dənizin dibinin orta xətt koordinatlarının müəyyən edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq, orta xəttin qurulması elementləri üzrə müvafiq normativ-hüquqi sənədlər araşdırılacaq. İşçi qrupuna Xarici İşlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, Xəzərin hüququ statusu ilə bağlı Azərbaycan Qazaxıstan və Rusiya ilə razılığa gəlib, müvafiq sənədlər imzalanıb. İran və Türkmənistanla isə müəyyən fikir ayrılıqları olduğundan bu ölkələrlə ikitərəfli danışıqlar aparılır. İldə iki dəfə isə 5 xəzəryanı ölkənin ekspertlərinin görüşü keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR