Bank Of Baku

Məntəqə seçki komissiyalarında seçici siyahılarının yenidən tərtib olunması prosesi başa çatıb

Məntəqə seçki komissiyalarında seçici siyahılarının yenidən tərtib olunması prosesi başa çatıb
# 06 fevral 2008 09:42 (UTC +04:00)
BAKI.Elnur Məmmədli-APA - Məntəqə seçki komissiyalarında seçici siyahılarının yenidən tərtib olunması prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gündən etibarən məntəqə seçki komissiyaları yeniləşmiş siyahıları Dairə Seçki Komissiyalarına (DSK) təqdim edəcək. DSK-lar isə öz növbəsində siyahıları martın 5-dək dəqiqləşdirəcək. Həmin siyahılar aprelin 5-dək MSK-ya təqdim olunacaq. Mayın sonuda isə hazırlanmış siyahılar MSK tərəfindən təsdiqlənərək qurumun rəsmi saytına yerləşdiriləcək və məntəqə seçki komissiyalarına göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR