Bank Of Baku

Bakıda Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası keçiriləcək
# 06 fevral 2008 10:05 (UTC +04:00)
BAKI. Rəşad Süleymanov-APA- Yaxın vaxtlarda Bakıda Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Komissiyanın sonuncu toplantısında protokol imzalandığını deyən Q. Məmmədov hesab edir ki, yaxın gələcəkdə Rusiya ilə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələ öz həllini tapacaq.
Qeyd edək ki, Azərbaycanın Rusiya ilə dövlət sərhədinin uzunluğu 390 km-dir. Bunun 95-96%-i razılaşdırılıb və hazırda razılaşdırılmamış 30 km ərazi qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR