Bank Of Baku

İrandakı azərbaycanlı fəal yenidən həbs edilib

İrandakı azərbaycanlı fəal yenidən həbs edilib
# 06 fevral 2008 10:39 (UTC +04:00)
İrandakı hərəkat fəallarının APA-ya verdikləri məlumata görə, bu barədə Qum şəhər məhkəməsi qərar çıxarılıb. Qərarda Höccət-ül-İslam Əbdüləziz Əzimi Qədimin 2 il əvvəl çıxarılan hökmə riayət etmədiyi bildirilib. Belə ki, Ə. Qədim Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İranda dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara ziddir. Bu səbəbdən də iki il öncə Ə. Qədim 1 illik həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən də məhrum edilib. Lakin indi məhkəmə Ə. Qədimin qərarın ikinci hissəsinə əməl etmədiyini səbəb gətirərək, onu yenidən həbsə məhkum edib. Məhkəmənin qərarında həmçinin Ə. Qədimin İranın Azərbaycan əyalətlərindən birinə sürgün edilməsi də əksini tapıb.
Qeyd edək ki, Ə. Qədim sonuncu həbslərdən öncə 2006-cı ildə də ictimai-siyasi fəaliyyətinə görə, 6 ay həbsdə saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR