Bank Of Baku

AVCİYA təmsilçisi Avrasiya Fondunun icraçı direktoru ilə görüşüb

AVCİYA təmsilçisi Avrasiya Fondunun icraçı direktoru ilə görüşüb
# 06 fevral 2008 11:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Avrasiya Əməkdaşlıq Fondunun icraçı direktoru Camal Şahverdiyev və Fondun xarici əlaqələr üzrə proqram koordinatoru Süheylə Cəfərova ilə görüş keçirib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Zülfüqarlı AVCİYA-nın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyəti və seçki qərargahının gördüyü işlər barədə ətraflı məlumat verib. O, seçki qərargahının prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi və seçkilərin monitorinqi sahəsində görəcəyi işlərdən də danışıb. C. Şahverdiyev isə öz növbəsində fondun Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib, AVCİYA ilə vətəndaş cəmiyyəti quruculuğu sahəsində əməkdaşlığa hazır olduqlarını söyləyib. Görüşdə prezident seçkiləri ərəfəsində qurumlar arasında informasiya mübadiləsi və seçki maarifçiliyi sahəsində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR