Bank Of Baku

Fuad Muxtarov: “AMİP sədri postuna əsas namizədlər Mərkəzi Şuranın iclasından sonra ortaya çıxacaq”

Fuad Muxtarov: “AMİP sədri postuna əsas namizədlər Mərkəzi Şuranın iclasından sonra ortaya çıxacaq”
# 06 fevral 2008 11:49 (UTC +04:00)
BAKI. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının iclası fevralın 17-də keçiriləcək. Partiyanın baş katibi Fuad Muxtarovun APA-ya verdiyi məlumata görə, iclasda qurultayın vaxtı müəyyənləşəcək, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılacaq. Prezident seçkilərində iştirak məsələsinə isə qurultayda baxılacaq. F. Muxtarov hələlik partiya sədrliyinə yalnız iki iddialının olduğunu deyib. Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov və Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov artıq sədr seçkilərində iştirak edəcəklərini bildiriblər. F. Muxtarov hesab edir ki, sədr postuna əsas iddialılar Mərkəzi Şuranın iclasından sonra ortaya çıxacaq: “Mən özüm də Mərkəzi Şuranın iclasından sonra bir sıra dostlarla məşləhətləşib bu barədə mövqeyimi qətiləşdirəcəyəm. Hələlik bununla bağlı birmənalı fikrim yorxdur. Bəzən elə olub ki, məhz qurultay günü, toplantını gedişində ortaya güclü namizədlər çıxıb”. AMİP-də son iki sədr seçiminin özünü doğrultmaması və buna görə də hazırda partiyada sədrliyə heç kimin namizəd olmaq istəməməsi ilə bağlı deyilənlərə gəldikdə, F. Muxtarov son iki sədrlə bağlı deyilənlərin reallıq olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR