Bank Of Baku

Rəsul Quliyevin qardaşı Telman Quliyev: “İdrisin cavabını Elbrus həbsdən azad olunandan sonra verəcəyəm”

Rəsul Quliyevin qardaşı Telman Quliyev: “İdrisin cavabını Elbrus həbsdən azad olunandan sonra verəcəyəm”
# 06 fevral 2008 12:59 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında eks-spiker Rəsul Quliyevin qardaşı Telman Quliyev bacısının həyat yoldaşı İdris Quliyevin ittihamlarını cavablandırarkən deyib. R. Quliyevin işlərinə qarışmadığını deyən T. Quliyev hər zaman hökuməti müdafiə etdiyini bildirib: “Hansı dayı istəyər ki, bacısı oğlu həbs edilsin? İdris mənim yeznəmdir, mən də onun yeznəsiyəm, həm də əmioğluyuq. Ağlı başında olan adam belə şey danışmaz. Mənim nə Rəsula minnətim olub, nə də başqasına. Mən ağsaqqal kişiyəm, ağsaqqal kimi də hamıya düz yol göstərərəm. Rəsul Bakıdan gedəndən sonra İdrisgildən ağsaqqal kimi bir-iki xahiş eləmişdim, amma məni eşitmədilər. Həmin vaxtdan ondan ayrılmışam. Yalnız 4-5 ay olar ki, İdris mənə zəng edir, bu da başqa problemlərlə əlaqəlidir. Keçmişdən onların Cahangirlə alıb-verəcəyi var, indi Cahangir ərizə yazıb”.
T. Quliyevin sözlərinə görə, bir müddət əvvəl İdris Quliyev onlara gəlib və deyib ki, R. Quliyev və C. Quliyev hüquq-mühafizə orqanlarına ərizə yazıblar: “Mən Rəsula dedim ki, ayıbdır, belə iş tutmaq olmaz. Ancaq Rəsulla danışandan sonra məlum oldu ki, bu işin onunla heç bir əlaqəsi yoxdur. İndi bunu bizim üstümüzə yazmaq düz deyil. İdrisin cavabını indi vermək istəmirəm, onun oğlu - mənim bacıoğlum tutulub, canım yanır. Arzu edirəm ki, tezliklə azad olunsun, ondan sonra İdrisin cavabını verəcəyəm”. T. Quliyev baş verən hadisələrlə bağlı geniş məlumatı olmadığını da deyib: “Onu bilirəm ki, aralarında mal ədavəti var, Cahangirin bir-iki yeri istismar olunub, “Göyçay” restoranı əlindən alınıb. İndi məni də bu işə qoşurlar ki, guya şikayət verilməsində mənim də iştirakım var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR