Bank Of Baku

Mübariz Əhmədoğlu: “Rusiya Ermənistanda hərbi hakimiyyətin qalmasına önəm verir”

Mübariz Əhmədoğlu: “Rusiya Ermənistanda hərbi hakimiyyətin qalmasına önəm verir”
# 06 fevral 2008 13:25 (UTC +04:00)
BAKI. Ramil Məmmədov-APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ötən ay regional və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu ABŞ prezidentinin Yaxın Şərqə, Türkiyə prezidenti Abdullah Gülün ABŞ-a səfərindən, ABŞ-Rusiya arasında ziddiyyətlərin kəskinləşməsindən, dünya bazarında neftin qiymətinin qalxmasından, eləcə də Mərkəzi Asiya regionunda baş verən siyasi proseslərdən danışıb. M. Əhmədoğlu Ermənistanda prezident seçkisi öncəsi baş verən proseslərə də diqqət çəkib. Onun sözlərinə görə, bu gün seçkiqabağı ərəfədə Ermənistanda Rusiya ilə Qərb arasında mübarizə gedir. O, Rusiyanın bu mübarizədə açıq şəkildə Serj Sərkisyanı dəstəklədiyini də deyib: “Rusiya bu dəfə də Ermənistanda Qarabağ klanını dəstəkləyir və hərbi hakimiyyətin qalmasına önəm verir”. Azərbaycanda baş verən ictimai-siyasi proseslərə də toxunan M. Əhmədoğlu yanvar ayı ərzində ABŞ konqresinin nümayəndə heyətinin Azərbaycana səfər etməsini mühüm hadisə adlandırıb. M. Əhmədoğlu Türkmənistanın Azərbaycanla münasibətlərinin normallaşması məqsədilə müzakirələrə meylli olduğunu da söyləyib. Bundan əlavə M. Əhmədoğlu İlham Əliyevin beynəlxalq Davos forumunda iştirak etməsindən və cəbhə bölgəsinə səfərini ayın önəmli hadisələrindən adlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR