Bank Of Baku

Seyidağa Muradov: “Namizədliyimi irəli sürsələr, Kommunist Partiyasının sədri olaram”

Seyidağa Muradov: “Namizədliyimi irəli sürsələr, Kommunist Partiyasının sədri olaram”
# 06 fevral 2008 14:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Namizədliyimi irəli sürsələr, Kommunist Partiyasının sədri olaram”. Bu sözləri APA-ya Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarının birinin sədr müavini Seyidağa Muradov deyib. O, bildirib ki, partiya sədri Rüstəm Şahsuvarov qurumun rəhbərliyindən istefa verdikdən sonra bu post uğrunda mübarizə başlayıb. Namizədlərin yaxın vaxtlarda rəsmi şəkildə müəyyənləşəcəyini söyləyən S. Muradovun sözlərinə görə, fevralın 9-da keçiriləcək partiyanın büro iclasında AKP Plenumunun vaxtı da bəlli olacaq. S. Muradov partiya sədri vəzifəsinə iddiaçı olduğunu da diqqətə çatıdırıb: “Mən öz namizədliyimi irəli sürə bilmərəm. Amma bu, o demək deyil ki, sədr olmaq istəmirəm. İstəsələr, partiyanın sədri olaram”. Qeyd edək ki, partiya sədri Rüstəm Şahsuvarov təşkilatın rəhbərliyindən getmək istəyi ilə bağlı AKP Siyasi Bürosuna müraciət edib. Yanvarın 25-də keçirilən Büro iclasında isə onun müraciətinə baxılıb və R. Şahsuvarovun vəzifəsindən çıxarılması haqda qərar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR