Bank Of Baku

Demokratik Seçki Mərkəzinə daxil olan partiya rəhbərlərinin toplantısı keçirilib

Demokratik Seçki Mərkəzinə daxil olan partiya rəhbərlərinin toplantısı keçirilib
# 06 fevral 2008 14:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratik Seçki Mərkəzinə (DSM) daxil olan partiya rəhbərlərinin toplantısı keçirilib. KXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda DSM-in fəaliyyət planı, əsasnamə və Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair işçi qrupun hazırladığı təkliflər paketi müzakirə edilib. Yığıncaqda fevralın 11-də “Seçki öncəsi vəziyyət və Seçki Məcəlləsi” mövzusunda dəyirmi masanın keçirilməsi barədə razılıq əldə olunub. Toplantıda Seçki Məcəlləsi və hakimiyyətin müxalifət düşərgəsində təmsil olunan partiyalara münasibəti ilə bağlı bəyanat da qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR