Bank Of Baku

Ziyafət Əsgərov Fransa müdafiə nazirinin nümayəndəsi, səfir Tierri Borja de Mozota ilə görüşüb

Ziyafət Əsgərov Fransa müdafiə nazirinin nümayəndəsi, səfir Tierri Borja de Mozota ilə görüşüb
# 06 fevral 2008 14:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Fransa müdafiə nazirinin nümayəndəsi, səfir Tierri Borja de Mozota ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumat görə, görüşdə Z. Əsgərov Azərbaycanla Fransa arasında münasibətlərin inkişafının böyük əhəmiyyət daşıdığını deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Z. Əsəgərov problemin həllində Azərbaycanın ədalətli, Ermənistanın isə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
Tierri Borja de Mozota rəsmi Parisin Cənubi Qafqazda mühüm rol oynayan Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən çox əhəmiyyətli ölkə olduğunu bildirib: “Səfərin əsas məqsədi də Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə genişləndirilməsi barədə danışıqlar aparmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR