Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələrə bütün maraqlı tərəflər qatılmalıdır”

Qulamhüseyn Əlibəyli: “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələrə bütün maraqlı tərəflər qatılmalıdır”
# 06 fevral 2008 14:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Avropa Şurası hesab edir ki, seçkilərdə rəqabət aparan bütün siyasi qüvvələr seçki komissiyalarının formatı ilə razılaşmalıdırlar. Amma Venesiya Komissiyası özü bu prrinsipindən kənara çıxır”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli verib. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı fevralın 8-də keçirələcək müzakirələrə müxalifət partiyalarının dəvət edilmədiyini bildirən Q. Əlibəylinin fikrincə, belə olan şəraitdə VK ilə hakimiyyət arasında aparılan müzakirələrdən ciddi nəticə gözləmir. Burada maraqlı tərəflərdən yalnız birinin iştirak etdiyini deyən Ali Məclis sədri hesab edir ki, müzakirələrə bütün maraqlı tərəflər qatılmalı və razılaşma əldə edilməlidir: “Yəni cəmiyyətdə olan subyektlər bu müzakirələrdə iştirak etməlidir. Amma partiyaların dəvət edilməməsi onu göstərir ki, hakimiyyət yenə də siyasi qüvvələrin maraqlarını nəzərə almaq istəmir”. Q. Əlibəyli bildirib ki, “Azadlıq” bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri hazırlayaraq VK-ya təqdim edib: “Onlar gələcək müzakirələrdə bizim də iştirakımızın mümkün formatanı tapacağını bildiriblər. İndi isə görünür ki, hələ belə format tapa bilməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR