Bank Of Baku

Məcburi köçkünlər üzrə ekspert Rodri Vilyams: “Dağlıq Qarabağ və Fələstin problemləri arasında çoxlu ümumi cəhətlər var”

Məcburi köçkünlər üzrə ekspert Rodri Vilyams: “Dağlıq Qarabağ və Fələstin problemləri arasında çoxlu ümumi cəhətlər var”
# 07 fevral 2008 08:05 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında məcburi köçkünlər problemi üzrə ekspert, amerikalı Rodri Vilyams deyib. O, BMT baş katibinin məcburi köçkünlər üzrə xüsusi nümayəndəsi Valter Kalinin Gürcüstana səfəri zamanı tanınmamış respublikaların rəhbərliyi ilə də görüşdüyünü xatırladıb. Müzakirələrin ən vacib məqamı Abxaziya və Cənubi Osetiyaya qayıdacaq gürcülərin yenidən zorakılıqlı üzləşməyəcəyini təmin etmək olub. R. Vilyams bildirib ki, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmamasına onların özləri qərar verməli, hökumətlər isə bu işdə yardımçı olmalıdır. Dağlıq Qarabağ məsələsinə toxunan ekspertin fikrincə, status məsələsinin həllindən əvvəl məcburi köçkünlər öz yerlərinə qayıtmalı, sonra hər iki icma statusun müəyyənləşdirilməsində iştirak etməlidir. Dağlıq Qarabağ və Fələstin problemləri arasında çoxlu ümumi cəhətlərin olduğunu vurğulayan R. Vilyamsın sözlərinə görə, əsas fərq odur ki, Fələstin münaqişəsi başlayarkən beynəlxalq hüquq hələ tam formalaşmadığı halda, Dağlıq Qarabağ münaqişəsini başladığı dövrdə artıq beynəlxalq hüquqi baza mövcud idi. Ona görə də Dağlıq Qarabağ probleminin həlli üçün geniş imkanlar var. R. Vilyams BMT baş katibinin xüsusi nümayəndəsi V. Kalinin ötən ilin aprelində Azərbaycana səfər etdiyini xatırladaraq bununla bağlı məruzə hazırlandığını və tezliklə qəbul ediləcəyini söyləyib: “Xüsusi nümayəndə Dağlıq Qarabağa getmədi. Çox güman ki, Azərbaycan hökuməti buna icazə vermədi”. R. Vilyams V. Kalinin Ermənistana getməməsini isə bu ölkədə məcburi köçkünlərlə bağlı ciddi problemin olmaması ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR