Bank Of Baku

Nyu-Yorkda yaşayan Azərbaycan mənşəli vəkil respublikaçıların qurultayında Con Makkeyni təmsil edəcək

Nyu-Yorkda yaşayan Azərbaycan mənşəli vəkil respublikaçıların qurultayında Con Makkeyni təmsil edəcək
# 07 fevral 2008 10:45 (UTC +04:00)
Nyu-York. Hüsniyyə Həsənova APA. ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycan mənşəli vəkil Con Çingiz Vəfai Respublikaçılar Partiyasının ümummilli qurultayına nümayəndə seçilib. APA-nın ABŞ bürosunun xəbərinə görə, C. Çingiz Vəfai senator Con Makkeyni dəstəkləyir. Nyu-York ştatının Respublikaçı Vəkillər Assosiasiyası onun Respublikaçılar Partiyasının sentyabrın 1-4-də Minnesota şəhərində keçiriləcək milli toplantısında iştirak edəcəyi barədə məlumat yayıb.
Qeyd edək ki, Con Çingiz Vəfai Təbriz, Harvard və Yel universitetlərinin məzunudur. Bir müddət Bakıda beynəlxalq hüquq şirkəti olan “Baker Botts”un nümayəndəliyində çalışıb. O, Nyu-Yorkda “Azərbaycanlılar Con Makkeyni dəstəkləyir” adlı seçki hərəkatı yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR