Bank Of Baku

Ombudsman Elmira Süleymanova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Ombudsman Elmira Süleymanova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib
# 07 fevral 2008 12:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Puezanı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə demokratiya, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı uğrunda səylərin bu təşkilatla Azərbaycan arasındakı tərəfdaşlığın özəyini təşkil etdiyi vurğulanıb. E. Süleymanova Ombudsman təsisatının BMT-nin struktur bölmələri ilə qarşılıqlı əlaqələr çərçivəsində birgə layihələr həyata keçirildiyini önə çəkib. Müvəkkil bu il Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 ilinin tamam olacağını söyləyib, bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin zəbt edildiyini, 20 mindən çox siydaşımızın həlak olduğu, bir milyondan artıq həmvətənimizin qaçqına və məcburi köçkünə çevrildiyini vurğulayıb. E. Süleymanova bu il ilk dəfə olaraq 18 iyun tarixinin Azərbaycanda İnsan Hüquqları günü kimi qeyd olunacağını, bununla bağlı beynəlxalq konfransın təşkilinin planlaşdırıldığını bildirib. B. Pueza Ombudsman təsisatı ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR