Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyi Xocalı faciəsinin 16 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirəcək

DAK-ın Azərbaycan nümayəndəliyi Xocalı faciəsinin 16 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirəcək
# 07 fevral 2008 12:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədov APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində Xocalı faciəsinin ildönümü və qurum daxilində baş verən son proseslərlə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, nümayəndəliyin rəhbəri İsmayıl Ağayev bildirib ki, təmsil etdiyi qurum Xocalı faciəsinin 16 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. DAK Azərbaycan nümayəndəliyinin və İsrail Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə bu faciənin İsrailin paytaxtı Təl-Əvivdə anılacağını deyən İ. Ağayevin sözlərinə görə, fevralın 17-də Türkiyənin İsraildəki səfirliyinin binasında keçiriləcək tədbirə bu ölkənin rəsmi şəxsləri və parlament üzvləri də qatılacaq. İ. Ağayev bu tədbirə Xocalı faciəsi ilə bağlı sənədli film və kitabların aparılacağını da deyib: “İsrail Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro Süleyman İsraildə Azərbaycan həqiqətlərini təbliğ etməyi üzərinə götürüb. Biz də ona kömək etməliyik”. DAK-da baş verən proseslər haqda danışan İ. Ağayev qurum daxilindəki mübarizəyə qarışmadıqlarını söyləyib: “DAK İdarə Heyətinin fevralın 2-də Brüsseldə keçirilən yığıncağında bütün bu məsələlər müzakirə olunub və iyul ayına qədər növbədənkənar qurultayın keçirilməsi nəzərdə tutulub. Biz baş verənlərin nizamnamə çərçivəsində həllinin tərəfdarıyıq. DAK Azərbaycan nümayəndəliyi də ölkənin regional təşkilatlarında hesabat-seçki konfranslarına başlayacaq. Martda isə Azərbaycan nümayəndəliyinin yekun konfransı keçiriləcək. Burada isə qurultaya nümayəndələr seçiləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR