Bank Of Baku

AMİP-in baş katibi Böyük Britaniya səfirinin müşaviri ilə görüşüb

AMİP-in baş katibi Böyük Britaniya səfirinin müşaviri ilə görüşüb
# 07 fevral 2008 12:30 (UTC +04:00)
Bakı. Elnur Məmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin səlahiyyətlərini icra edən partiyanın baş katibi Fuad Muxtarov Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Deklan Böni ilə görüşüb. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə insan hüquqları, demokratikləşmə prosesi və seçki məsələləri əsas müzakirə predmeti olub. F. Muxtarov ölkədə mövcud durum barədə danışıb və demokratik institutlara davamlı təzyiqlərin vətəndaş qarşıdurmasını təhlükəli həddə gətirib çıxardığını deyib. Siyasi məhbus məsələsinə, o cümlədən AMİP fəalı Musa Rahimin həbsi məsələsinə toxunan baş katib beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyulduğunu deyib. Görüşdə həmçinin, Seçki Məcəlləsi, seçkiqabağı şəraitlə bağlı da fikir mübadiləsi aparılıb. Diplomat Azərbaycanda baş verən prosesləri diqqətlə izlədiklərini və fundamental azadlıqların müdafisinə xüsusi önəm verdiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR