Bank Of Baku

Sərdar Cəlaloğlu: “Azərbaycanda “praymeriz” o zaman reallaşa bilər ki, müxalifət seçkilərə vahid koalisiya şəklində qatılsın”

Sərdar Cəlaloğlu: “Azərbaycanda “praymeriz” o zaman reallaşa bilər ki, müxalifət seçkilərə vahid koalisiya şəklində qatılsın”
# 07 fevral 2008 12:31 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. “Azərbaycanda “praymeriz” o zaman reallaşa bilər ki, müxalifət seçkilərə vahid koalisiya şəklində qatılmaq haqqında qərar versin”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, yalnız koalisiya daxilindəki namizədlər arasında ilkin seçki “praymeriz” keçirmək mümkündür: “Biz seçkidə ayrı-ayrılıqda iştirak edəcəyiksə, onda bizim aramızda ilkin seçki keçirib, vahid namizəd müəyyənləşdirmək mümkün ola bilməz”. S. Cəlaloğlunun fikrincə, “praymeriz” ideyası yaxşı ideyadır, lakin ideyanın harada tətbiq olunmasının fərqinə heç kim varmır: “”Praymeriz”i o zaman keçirmək olar ki, eyni qüvvənin bir neçə namizədi olsun. Mən müxalifəti vahid qüvvə hesab etmirəm. Bu gün müxalifətin içində kifayət qədər müxalifətçilik var. Elə müxalifət partiyaları var ki, iqtidarla saxladığı məsafə ilə müxalifətdəki ayrı-ayrı qüvvələrlə saxladığı məsafə arasında elə bir fərq yoxdur. Belə bir vəziyyətdə ilkin seçkilər keçirmək absurddur”. S. Cəlaloğlu ilkin seçkiləri 5 siyasi qüvvənin (Demokrat. Müsavat, Tərəqqi, Azərbaycan Naminə İctimai Forum və Milli İstiqlal Partiyası) daxilində keçirməyin mümkünlüyünü vurğulayıb: “Lakin bu, müxalifətin vahid namizədi olmayacaq. Çünki kənarda qalan müxtəlif siyasi qüvvələr var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR