Bank Of Baku

Lənkəranda məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırma kursu keçirilib

Lənkəranda məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırma kursu keçirilib
# 07 fevral 2008 12:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırma kursu keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə rayondakı məntəqə seçki komissiyalarının sədrləri və üzvləri iştirak edib. Lənkəran rayon prokuroru Ramiz Nəbiyev seçkilərdə vətəndaşların seçicilik hüquqi normaları ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Lənkəran rayon məhkəməsinin sədri Mübariz Əkbərov isə “Azərbaycan Respublikasının Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüququnun təminatı” mövzusunda məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR