Bank Of Baku

Rüstəm Şahsuvarov siyasi fəaliyyətini Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyasında davam etdirəcək

Rüstəm Şahsuvarov siyasi fəaliyyətini Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyasında davam etdirəcək
# 07 fevral 2008 13:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədov APA. Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinə rəhbərlik edən, bu il yanvarın 25-də təşkilatdan çıxarılan Rüstəm Şahsuvarov siyasi fəaliyyətini yeni yaradılmaqda olan Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyasında (YNAKP) davam etdirmək niyyətindədir. R. Şahsuvarov APA-ya bildirib ki, YNAKP digər kommunist partiyalarından müasirliyi ilə fərqlənəcək: “Yeni yaradılan təşkilatdan təklif gəldikdən sonra bunu müzakirə etdik və qərar verdik. Səhv etmədiyimi düşünürəm. Çünki bu qurumda daxili ab-hava daha müasir və demokratikdir. Sovet dövründən qalan bürokratik ənənələr qəbul edilmir. Həmçinin partiyanın idarəçiliK sistemi də keçmiş kommunist ənənələrindən uzaqdır”. R. Şahsuvarov artıq yeni yaradılan qurumun Təşkilat Komitəsinə üzvü olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR