Bank Of Baku

Beş müxalifət təşkilatının 5 illik əməkdaşlığına dair layihə hazırlanır

Beş müxalifət təşkilatının 5 illik əməkdaşlığına dair layihə hazırlanır
# 07 fevral 2008 13:44 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. Beş müxalifət təşkilatının (Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və Azərbaycan Naminə İctimai Forum) yaxın 5 il ərzində birgə əməkdaşlığına dair layihə hazırlanır. Bu barədə APA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib. O, Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazovun bu təşəbbüslə çıxış etdiyini deyib: “Əsas məsələ odur ki, biz beş illik strateji əməkdaşlığın əsasını qoyaq və mümkün qədər burada iştirak edən siyasi qüvvələrin koalisiyasını yaradaq. İstərdim ki, bu ideya partiyalarda ciddi müzakirə olunsun. Şəxsən bizim partiyada gəldiyimiz nəticə ondan ibarət oldu ki, ideya özü düzgün olsa da, indiki şərtlər daxilində və siyasi qüvvələrin münasibətləri çərçivəsində bu cür strateji birliyin yaradılması o qədər də real görünmür. Yaxşı olar ki, biz hələlik prezident seçkiləri üçün birlik və yaxud seçki bloku yaradaq”. S. Cəlaloğlu yaradılacaq ittifaqın uğurlu olacağı təqdirdə, bələdiyyə və parlament seçkilərini əhatə edəcək əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR