Bank Of Baku

Ədalət Partiyasının rəhbərliyində dəyişiklik gözlənilir

Ədalət Partiyasının rəhbərliyində dəyişiklik gözlənilir
# 07 fevral 2008 14:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ədalət Partiyasının rəhbərliyində dəyişiklik olacaq. APA-nın məlumatına görə, bunu partiyanın sədri İlyas İsmayılov deyib. O bildirib ki, bəzi müavinlər əvvəlki statusda çalışmaq istəmirlər və növbəti təyinatlarda onların bu istəyi nəzərə alınacaq. İ. İsmayılov qurultaydan xeyli müddət keçməsinə baxmayaraq, hələ də özünə müavinlər təyin etmədiyini söyləyib: “Ali Məclisin iclasını keçirib müzakirələr aparacaq, partiyanın yaxın gələcəkdəki addımları müəyyənləşdirəcək və müavinləri təyin edəcəyik. Dəyişikliklərin olacağı gözləniləndir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR