Bank Of Baku

Tiflisdə Ahıska türklərinin yaratdığı Qayıdışa Dəstək Fondunun təqdimetmə mərasimi keçirilib

Tiflisdə Ahıska türklərinin yaratdığı Qayıdışa Dəstək Fondunun təqdimetmə mərasimi keçirilib
# 07 fevral 2008 15:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. Keçən həftə Gürcüstanın paytaxtı Tiflisdə Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin təşəbbüsü ilə yaradılmış Qayıdışa Dəstək Fondunun təqdimetmə mərasimi keçirilib. Azərbaycan Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov APA-ya bildirib ki, fondun baş ofisi Tiflisdə olacaq və Ahıska türklərinin yaşadıqları bütün ölkələrdə filialları yaradılacaq. Onun sözlərinə görə, tarixi vətənlərinə dönən Ahıska türklərinə maliyyə yardımı göstərəcək fond artıq pul ayrılması üçün bəzi dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edib. İ. Burhanov deyib ki, fonda toplanan pulun hamısı türklərin tarixi torpaqlarında yerləşdirilməsinə və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR