Bank Of Baku

İbrahim Burhanov: “Gürcüstanda ikili vətəndaşlıq institutu olduğu üçün Ahıska türklərinin Azərbaycan vətəndaşlığından çıxmasına ehtiyac yoxdur”

İbrahim Burhanov: “Gürcüstanda ikili vətəndaşlıq institutu olduğu üçün Ahıska türklərinin Azərbaycan vətəndaşlığından çıxmasına ehtiyac yoxdur”
# 07 fevral 2008 15:48 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA. “Ahıska türklərindən Gürcüstan vətəndaşlığını qəbul etmək tələb olunmur”. Bu açıqlamanı APA-ya Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Burhanov verib. Onun sözlərinə görə, Gürcüstana köçəcək Ahıska türklərinin mülkiyyətlərinin dövlətə təhvil verilməsi ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparılmayıb və bu məsələ ümumiyyətlə danışıq predmeti olmayıb. O, bu məsələnin Ahıska türkləri arasında da müzakirə edilmədiyini söyləyib: “Kütləvi şəkildə köçdən söhbət gedə bilməz. Digər tərəfdən Gürcüstanda ikili vətəndaşlıq institutu mövcud olduğuna görə Ahıska türklərinin Azərbaycan vətəndaşlığından çıxmasına ehtiyac yoxdur. Azərbaycan vətəndaşlığından çıxmadan da Gürcüstanda yaşamaq olar. Bu iş tədricən olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR