Bank Of Baku

Andres Herkel: “Bütün məsələlərin həlli Azərbaycandan asılıdır”

Andres Herkel: “Bütün məsələlərin həlli Azərbaycandan asılıdır”
# 07 fevral 2008 17:21 (UTC +04:00)
O, hazırda Avropa Şurası Venesiya Komissiyasının nümayəndələrinin Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı Azərbaycan hakimiyyəti ilə danışıq apardıqlarını xatırladaraq Bakıda olan VK üzvləri ilə görüşdüklərini bildirib: “Fikirlərimiz üst-üstə düşür. Seçki komissiyaları elə formalaşdırılmalıdır ki, onlara cəmiyyətdə inam yaransın”. Həbsxanalarda 8 məhbusla görüşdüklərini açıqlayan həmməruzəçi, “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovun saxlandığı yer Bakıdan kənarda olduğundan onunla görüşə bilmədiklərini söyləyib: ”Bu günlərdə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcək. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia onunla görüşəcək. Qənimət Zahidlə də görüşmədik, çünki onun məhkəməsi gedir”. A. Herkel bəyan edib ki, Azərbaycanda seçki öncəsi normal mühitin yaradılması üçün jurnalistlər azadlığa buraxılmalıdır: “Həmin jurnalistlər öz qələmləri ilə seçki prosesində iştirak etməlidirlər. Səhhətində problem olan məhkumların azadlığa buraxılması üçün də məsələ qaldırdıq. Bütün məsələlərin həlli Azərbaycandan asılıdır. İstərdik ki, gələn dəfə Azərbaycana gələndə bu problemlər olmasın və digər sahələrdə iş görək. Məsələn, itkin düşmüş şəxslərin taleyi, məhkəmə sistemində aparılan köklü islahatlar və digər məsələlər üzərində işləyək”. A. Herkel AŞ PA-nın 2007-ci ildə Leo Platvoeti Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzəçi təyin etdiyini və onun məruzə hazırladığını da xatırladaraq bu məsələnin də həmməruzəçilərin mandatına daxil olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR