Bank Of Baku

Yevgeniya Jivkova: “Azərbaycana səfərimiz zamanı bizə istədiyimiz bütün şəxslərlə görüşmək üçün şərait yaradıldı”

Yevgeniya Jivkova: “Azərbaycana səfərimiz zamanı bizə istədiyimiz bütün şəxslərlə görüşmək üçün şərait yaradıldı”
# 07 fevral 2008 17:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçisi Yevgeniya Jivkova Azərbaycana səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Digər həmməruzəçi Andres Herkellə çox gözəl işbirliyi qurduqlarını qeyd edən Y. Jivkova artıq Azərbaycan haqqında onda müəyyən təəssürat yarandığını bildirib. O, İnsan Hüquqları üzrə İş Qrupunun işinin səmərəli olacağına, siyasi məhkumlar üzrə həmməruzəçinin təyin olunmasına ehtiyac qalmayacağına ümidvar olduğunu deyib: “Ancaq indidən bu barədə nəsə demək tezdir. Müxalifətlə görüşdə onları inandırmağa çalışdıq ki, prezident seçkisində iştirak etsinlər, hətta qeyri-normal şəraitdə belə seçkilərdə iştirak boykotdan yaxşıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR