Bank Of Baku

Dağıstanda keçirilən əməliyyatlarda zərərsizləşdirilənlər və həbs edilənlər arasında Azərbaycanın Qusar rayonunun sakinləri də var - YENİLƏNİB

Dağıstanda keçirilən əməliyyatlarda zərərsizləşdirilənlər və həbs edilənlər arasında Azərbaycanın Qusar rayonunun sakinləri də var - <font color=#FF0000>YENİLƏNİB</font>
# 07 fevral 2008 17:24 (UTC +04:00)
Məlumatda bildirilib ki, A. Balabəyov Dağıstanın cənub regionunda keçirilən antiterror əməliyyatı zamanı xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Dərbənd rayonunun Avadan kəndində aparılan antiterror əməliyyatlarında qanunsuz silahlı dəstənin üzvü olan Ramazan Vahabov da öldürülüb. Dəstənin əlaqələndiricisi Ramil Begeyev isə həbs olunub. Dağıstan Federal Təhlükəsizlik Xidməti İdarəsinin rəisi Vyaçeslav Şanşinin və Daxili İşlər Nazirliyi rəhbərliyinin başçılığı ilə yanvarın 8-dən etibarən Dağıstanın Tabasaran, Dərbənd, Süleyman Stalski və digər cənub rayonlarında keçirdikləri əməliyyatlarda ümumilikdə doqquz terrorçunun öldürüldüyü bildirilib.
2007-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanları A. Balabəyov barəsində axtarış elan edib. O, ötən il fevralın 14-də Xudat şəhərində yerli polis əməkdaşlarına silahlı müqavimət göstərərək, qaçmağa və Dağıstana keçməyə nail olub.
Qusar rayonunun Əvəcuq kənd sakini, 1971-ci il təvəllüdlü Araz Balabəyov 1994-cü ildə Küveytin "İslam irsinin dirçəlişi" cəmiyyəti tərəfindən radikal vəhhabilərin sıralarına cəlb olunub. Onunla birlikdə Əvəcuq kənd sakinləri Valeh Muradov, Mizam İsayev və Babək Balabəyov da bu dəstəyə qoşulublar. 2003-cü il noyabrın 27-də Valeh Muradovla Mizam İsayev Qusar şəhərindəki zərgərlik mağazasına hücum edərək satıcı, 21 yaşlı Asəf Şərifovu tapança ilə qətlə yetirərək obyektdən külli miqdarda qızıl-zinət əşyaları götürüb Araz Balabəyovun Əvəcuqdakı evində gizləniblər. Həmin il dekabrın 7-də DİN-in keçirdiyi əməliyyat zamanı M. İsayev və V. Muradov hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərdikləri üçün öldürülərək, zərərsizləşdiriliblər. Bu dəstə ilə iş birliyində olan Arazın digər qardaşı Vüqar Balabəyov həbs edilərək, 13 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın yerli bürosunun əldə etdiyi digər məlumatlara görə, A. Balabəyov hələ 2001-ci ilin payızında külli miqdarda partlayıcı maddəni Dağıstanın Doqquzpara rayonu ərazisindən Azərbaycanın Qusar rayonuna keçirmək istəyərkən qonşu respublikanın milis əməkdaşları tərəfindən saxlanılıb, lakin qaçmağa nail olub. Bir az sonra isə o, həbs edilərək, Dağıstanın Məhərrəmkənd rayon məhkəməsinin hökmü ilə bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. O, azad olunduqdan sonra Dağıstanda müxtəlif qruplaşmalara qoşulub. A. Balabəyov 2006-cı il noyabrın 17-də isə Qusar rayonunun Həzrə kəndi ərazisində polis əməkdaşlarına silahlı müqavimət göstərərək, yenidən Dağıstana qaça bilib.
Dağıstanın cənubunda keçirilən antiterror əməliyyatında daha bir Qusar sakini də yaxalanıb. Dağıstanın Məhərrəmkənd rayon milis şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, rayonun Selegün kəndində keçirilən əməliyyatda qanunsuz silahlı dəstənin 34 yaşlı üzvü Elbrus İsmayılov həbs olunub. Yaxalanarkən onun üzərindən bir ədəd "AKM" avtomatı və bir neçə patron sandıqçası götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR