Bank Of Baku

Xəzərin statusuna dair Azərbaycan-Türkmənistan danışıqları davam edir

Xəzərin statusuna dair Azərbaycan-Türkmənistan danışıqları davam edir
# 08 fevral 2008 09:32 (UTC +04:00)
Bakı.Laçın Sultanova-APA. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistan xarici işlər nazirinin müavini Xoşgəldi Babayevin rəhbərlikləri ilə Xəzərin orta xətt koordinatları üzrə ekspertlər qrupunun fevralın 6-da başlamış görüşü davam edir. APA-nın məlumatına görə, görüşdə Xəzər dənizinin hüquqi statusuna aid məsələlər müzakirə olunur, iki dövlət arasında dəniz dibinin orta xətt koordinatları müəyyən edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılır, orta xəttin qurulması elementləri üzrə müvafiq normativ-hüquqi sənədlər araşdırılır. İşçi qrupuna Xarici İşlər Nazirliyinin (XİN), Dövlət Neft Şirkətinin, Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri daxildir. XİN-dən APA-ya verilən məlumata görə, görüşün nə vaxt bitəcəyi hələ məlum deyil, Türkmənistan nümayəndə heyəti fevralın 10-dək Bakıda olacaq. Görüşün yekunlarına dair isə rəsmi məlumat yayılacaq.
Qeyd edək ki, Xəzərin hüququ statusu ilə bağlı Azərbaycan Qazaxıstan və Rusiya ilə razılığa gəlib, müvafiq sənədlər imzalanıb. İran və Türkmənistanla isə müəyyən fikir ayrılıqları olduğu üçün, bu ölkələrlə ikitərəfli danışıqlar aparılır. İldə iki dəfə 5 Xəzəryanı ölkələrin ekspertlərinin görüşü keçirilir, növbəti görüşün Tehranda yaxın zamanda keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR