Bank Of Baku

Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Azərbaycan hakimiyyəti və Venesiya Komissiyası arasında danışıqların növbəti raundu keçirilir

Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Azərbaycan hakimiyyəti və Venesiya Komissiyası arasında danışıqların növbəti raundu keçirilir
# 08 fevral 2008 09:44 (UTC +04:00)
Bakı.Laçın Sultanova-APA. Bu gün Bakıda Azərbaycan hakimiyyətinin nümayəndələri və Avropa Şurası Venesiya Komissiyasının (VK) ekspertləri arasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı növbəti danışıqlar keçirilir. APA-nın məlumatına görə, danışıqlarda iştirak etmək üçün VK-nın seçkilər və referendumlar üzrə əməkdaşı Sergey Kuznetsov və VK-nın seçki məcəlləsi ilə bağlı Azərbaycan üzrə məruzəçisi Ayvard Encels dünən Bakıya gəliblər. S. Kuznetsovun APA-ya verdiyi məlumata görə, dünən ilkin danışıqlar aparılıb, danışıqların predmeti seçki siyahıları olub. Bu gün isə digər məsələlər üzrə danışıqların əsas hissəsi başlayıb. VK ekspertləri Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Andres Heyrkel və Yevgeniya Jivkova ilə də görüşüblər. Görüşdə Azərbaycan hakimiyyəti ilə aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR