Bank Of Baku

Rövşən Mustafayev: “Müxalifət partiyaları hələlik prezident seçkiləri ilə bağlı ortaya samballı platforma qoya bilməyiblər”

Rövşən Mustafayev: “Müxalifət partiyaları hələlik prezident seçkiləri ilə bağlı ortaya samballı platforma  qoya bilməyiblər”
# 08 fevral 2008 10:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müxalifət partiyaları və onlara yaxın siyasi hərəkatlar hələlik prezident seçkiləri ilə bağlı ortaya samballı platforma qoya bilməyiblər. Görünür, keçmiş formatdan çıxmaq o qədər də asan deyil”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev deyib. İnstitut olaraq seçki hüquqi ilə bağlı bütün məsələlərlə maraqlandıqlarını deyən R. Mustafayev bu il keçiriləcək prezident seçkilərini də diqqət mərkəzində saxlayacaqlarını vurğulayıb. İnsititut direktorunun fikrincə, bir çox hallarda Azərbaycanda seçki təbliğatı məhz şəxsiyyətlər ətrafında aparılıb: “Biz şəxsləri yox, siyasi platformaların müzakirəyə çıxarılmasının tərəfdarıyıq. Seçki ilə bağlı indidən hələ heç nə demək olmaz, çünki seçkiyə start verilməyib. Bir çox məsələlər beynəlxalq partnyorlarla, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşacaq. Siyasi tərəflər də seçki prosesində öz maraqlarını ortaya qoya bilər”. R. Mustafayev müxalifətdən fərqli olaraq iqtidarın gələcəklə bağlı ortaya konkret əsərlər, platforma qoyduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR