Bank Of Baku

Rövşən Mustafayev: “Xocalı faciəsinin dünyada tanınması üçün ağlaşma və emosiyadan uzaq hüquqi sənədlər hazırlanmalıdır”

Rövşən Mustafayev: “Xocalı faciəsinin dünyada tanınması üçün ağlaşma və emosiyadan uzaq hüquqi sənədlər hazırlanmalıdır”
# 08 fevral 2008 10:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Xocalı faciəsinin dünyada tanınması, qəbul olunması və müvafiq hüquqi addımların atılması üçün ağlaşma və emosiyadan uzaq, müasir hüquqi sənəd standartlarına uyğun layihələr hazırlanmalıdır ki, qəbul edilsin. Hazırda bizim belə sənədimiz yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev deyib. Rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycan, rus və ingilis dillərində belə sənəd layihəsi hazırlandığını deyən R. Mustafayev onun müvafiq beynəlxalq qurumlara təqdim ediləcəyini vurğulayıb: “Bu vaxta qədər məsələyə yanaşmamız emosional olub. Bizə elə gəlib ki, dünya bizim kimi bu faciəni yaşayır və bu məsələ onun üçün olduqca yaxındır. Amma dünyanın bu faciədən o qədər də xəbəri yox idi. Buna görə, birinci mərhələdə əsas məqsəd ondan ibarət idi ki, dünya ictimaiyyətinə bu informasiyanı dolğun şəkildə çatdıra bilək. İkinci mərhələdə isə bu faicə ilə bağlı hüquqi sənəd hazırlanmalıdır”. R. Mustafayevin sözlərinə görə, dünyada müxtəlif funksiya daşıyan məhkəmələr var və aidiyyatı üzrə bu məhkəmələrə müraciət etmək və yaxud BMT çərçivəsində xüsusi tribunal formalaşdırmaq olar. İnstitut direktoru onu da qeyd edib ki, faciənin 16-cı ildönümü ilə bağlı bu il Gürcüstan və İsraildə tədbirlər keçiriləcək. İsraildə Azərbaycan-İsrail Asossasiyası, Gürcüstanda isə İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şura ilə birgə təşkil olunacaq tədbirlərdə qurum təmsilçiləri daha çox hüquqi sənədlərin hazırlanmasına üstünlük verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR