Bank Of Baku

Prezidentin İcra Aparatının rəhbərinin məqaləsinə həsr olunan dəyirmi masa keçirilib

Prezidentin İcra Aparatının rəhbərinin məqaləsinə həsr olunan dəyirmi masa keçirilib
# 08 fevral 2008 11:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti” məqaləsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev çıxışında seçki ilinin başlanması ilə əlaqədar artıq bəzi addımların atıldığını bildirib: “Ortaya seçki platformasına bərabər bir əsər qoyulub. Akademik Ramiz Mehdiyevin məqaləsi xaricdə yaşayan ekspert və politoloqları da maraqlandırıb”. Sabiq deputat Cümşüd Nuriyev isə yazını yaxın 5 ilin iqtisadi platforması kimi dəyərləndirib: “Məqalədə elmi araşdırma və təhlillə yanaşı, Azərbaycanın yaxın zamanda həyata keçirəcəyi tədbirlər planının sistemi təqdim edilir”. Texniki elmlər doktoru, professor Eldar Şahbazov yazıda enerji təbliğatına geniş yer verildiyini, iqtisadiyyat elmləri doktoru, professor Tofiq Hüseynov isə iqtisadi demokratiyanın məqalənin ana xəttini təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, R. Mehdiyevin yazısı “Azərbaycan” qəzetinin 16 yanvar və “Bakinskiy raboçiy” qəzetinin 10 yanvar 2008-ci il tarixli saylarında dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR