Bank Of Baku

Həsrət Rüstəmov: “Hakimiyyətlə dialoq təklifimizdən imtina etmək fikrində deyilik”

Həsrət Rüstəmov: “Hakimiyyətlə dialoq təklifimizdən imtina etmək fikrində deyilik”
# 08 fevral 2008 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokrat Partiyası (ADP) bir il əvvəl irəli sürdüyü siyasi dialoq təklifindən imtina etmək niyyətində deyil. Bu açıqlamanı APA-ya partiya sədrini birinci müavini Həsrət Rüstəmov verib. Onun sözlərinə görə, bir il müddətində partiya dialoqun baş tiutması üçün bütün mümkün addımları atsa da, konkret nəticə yoxdur. Buna baxmayaraq, o, bu mövqedən çəkinməyəcəklərini vurğulayıb: “Çünki hazırda Azərbaycan cəmiyyətində parçalanma var və bizi bu vəziyyətdən yalnız siyasi dialoq qurtara bilər. Biz hesab edirik ki, bir il müddətində bu istiqamətdə apardığımız işlərin müəyyən müsbət nəticələri olub və artıq digər partiyalar da dialoqun vacibliyindən danışır. Ona görə düşünürük ki, digər partiyalar da ADP-nin mövqeyini müdafiə etməlidirlər. Qarşılıqlı ittihamlardan imtina edilməli və müxalifətlə iqtidar ortaq məxrəcə gəlməlidir”. H. Rüstəmov hesab edir ki, siyasi dialoq prosesinin başlanması üçün üzün müddət lazımdır və bu, prezident seçkiləri ərəfəsində sürətlənə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR